Yazılar
Yuklənir...

Ana Lövhə Nədir?


Ana Lövhə Nədir?
PC-nin əsas hissəsi Ana Lövhə (Motherboard). Buna bəzən əsas lövhə(Mainboard) və ya sistem Lövhəsı deyirlər. Ana Lövhə kompüterin daxili əlaqələri ilə xarici qurğulara təsir göstərir və onu idarə edir. Buna görə də kompüterin daha effektli işləməsi üçün o, önəmli rol oynayır. Ana Lövhə müxtəlif ölçülərdə olur. Bu ölçülərə görə onu tiplərə bölürlər. Ana Lövhənin 8 tipi var:
1.Böyükölçülü FullSize, 2.Baby -AT, 3.HalfSize, 4.LPX, 5.mini –LPX, 6.ATX, 7.mini ATX, 8.NLX
Ana Lövhə daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də Lövhə tipinə görə korpusa uyğun gəlməlidir.
Ana Lövhə bir çox komponentləri birləşdirir:
a.Xüsusi yuvaya birləşdirilmiş prosessor. Adətən onu soyutmaq üçün ventilyatordan(cooler) istifadə olunur;
b.İkinci səviyyəli(xarici) keş-yaddaş mikrosxemi;
v.Əməli yaddaşın modullarını yerləşdirmək üçün 72 əlaqəli SIMM, 168 əlaqəli DIMM və ya RIMM modulları üçün yuvalar;
q.Kart genişlənmələri(videoadapter, səs kartı, modem və s.) üçün yuvalar;
d.BIOS-u, PC test yoxlamasını, əməliyyat sisteminin yüklənməsini, qurğuların drayverini və yaddaşda saxlamaq üçün proqramlaşdırılmış yaddaşa malik mikrosxemlər;
e.HDD, FDD, CD-ROM disklərinin, ardıcıl qoşulan periferik qurğuların(maus,modem və s.), printer, skaner və başqa bu cür qurğuların qoşulması üçün paralel portlar yuvası;
j.PC-nin bütün komponentlərini idarə etmək üçün yüksək tərtibli mikrosxemlər;
z.BIOS-un cari sazlanmasını yadda saxlamaqdan ötrü CMOS tipli mikrosxemi cərəyanla təmin etmək üçün batareya və elektron saat(sistem saatı).
Ana Lövhənın bütün komponentləri bir-birilə informasiya mübadiləsini aparan keçirici xətlərlə birləşdirilib.Bu cür keçirici xətlər birlikdə informasiya şini və ya sadəcə, şin adlanır.Şin xətlər üç tipə bölünür:
a.Verilənlər şini.
b.Ünvanların şini.
v.İdarəetmələrin şini.
Bu cür şinlərdən savayı,PC-nin özünün funksiyalarını yerinə yetirən xüsusi şinlər qrupu da var.Bunlar:
a.Sistem şinləri;
b.Keş-yaddaş şinləri;
v.Əməli yaddaşda informasiya mübadiləsi aparan şinlər;
q.Çıxış və giriş şinləridir.
Share on Google Plus

Adminlə əlaqə : GM_MONSTER

    Blogger Comment
    Facebook Comment

0 Komment :

Yorum Gönder