Yazılar
Yuklənir...

Qaydalarımız


Saytda ümumi qaydalar


Saytdan istifadə etməzdən öncə bu qaydaları oxumalı və üzərinizə düşən öhdəlikləri yerinə yetirməlisiniz.




1. Saytda sual verərkən, rəy yazarkən, müraciət edərkən mədəni olmalısınız. Etməsəniz saytdan uzaqlaşdırılacaqsınız.


2. Sual başlıqlarını, sualları, rəyləri yazarkən Azərbaycan şriftlərindən istifadə edin. Ə, Ö, Ü, Ğ, Ç, Ş, I (ə, ö, ü, ğ, ç, ş, ı) hərfləri ehtiyac olan yerdə mütləq istifadə edin. Əks halda sualınız və yaxud rəyiniz silinəcək. Bu halı davam etdirsəniz saytdan uzaqlaşdırılacaqsınız.


3. Eyni sualı ardıcıl olaraq sayta göndərmək olmaz. Saytda göndərilən suallar saytın bazasına yüklənir və Administratorların yoxlamasından sonra saytda yayımlanır. Adminstratorlar və digər istifadəçilər tərəfindən cavablanır. Bu səbəbdən diqqətli olun.


4. “Kömək edin, təcili komək lazımdır, xahiş edirəm kömək edin” başlıqlı sual göndərmək qadağandır. Sual başlığında problemin 3-4 sözlük məzmununu yazmaq lazımdır. Əks halda sualınız silinəcək və xəbərdarlıq olunacaq. Hal təkrar olunduqda istifadəçi saytdan uzaqlaşdırılacaq.


5. Sual verərkən fikrinizi aydın şəkildə yazın. Bu problemlərin həllində vacib məqamdır. Əks halda rəyiniz silinəcək. Rəyinizin silinməsi haqda sual yazsanız saytdan uzaqlaşdırılacaqsınız.


6. Saytda digər saytların hack olunması, script oğurlanması (rip olunması) və s. bu tip sualların verilməsi qadağandır. Əməl etməyən saytdan uzaqlaşdırılacaq.


7. Suallarda, rəylərdə təhqir məzmunlu sözlər yazmaq qəti qadağandır. Bunu edən istifadəçilər şərtsiz olaraq saytdan uzaqlaşdırılacaq.


8. E-mail, telefon nömrəsi, sayt adı, faks nömrəsi kimi məlumatları suallarda, rəylərdə yazmaq qadağandır. Vacib hallarda Şəxsi Mesajla göndərin. Əməl etməyən saytdan uzaqlaşdırılacaq.
Əgər bu qaydalar sizi qane etmirsə yaxşı olar ki, saytdan uzaqlaşasınız.
    Blogger Comment
    Facebook Comment

0 Komment :

Yorum Gönder