İnternet — bir neçə kompüterlər sisteminin bir birinə bağlı olduğu, dünya səviyyəsində yayımlanan və daimi olaraq inkişaf edən əlaqə şəbəkəsidir.
Tarixi
İnternetdə vahid idarəetmə mərkəzi yaxud vahid müdiriyyət yoxdur. Buna baxmayaraq şəbəkənin belə təşkili əslində dərindən düşünülmüş struktur deməkdir. Bu struktur 1969-cu ildə Amerika Birləşmiş Ştatları Təhlükəsizlik nazirliyi tərəfindən işlənmiş ARPAnet layihəsi çərçivəsində qurulmuş və on minlərlə dünya proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilmiş və mükəmməlləşdirilmişdir. Gələcək şəbəkənin strukturuna ilk addımlardan başlayaraq informasiyanın nəqlinin etibarlılığı və yuksək səviyyəli qəzaya qarşı müqavimət əsas rol oynayır. Bu gün İnternet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır.
1958-ci ildə SSRİnin kosmosa ilk süni peyki buraxması ABŞ-ı müasir texnologiyaların inkişafını sürətlndirməyə sövq etdi. Bu məqsədlə yaradılmış xüsusi tədqiqat agentliyi olan DARPAyerüstü məlumat ötürülməsinin sürətləndirilməsi yönündə tədqiqatlara başladı. Bunun üçün ilk öncə ABŞ-da yerləşən bütün radarların vahid şəbəkədə birləşdirilməsi işinə başlanıldı. Bunun üçün müxtəlif məntəqələrdə, Pentaqonda, Hərbi Hava Qüvvələri, Hava Hücümundan Müdafiə bazalarında və digər məntəqələrdə yerləşən kompüterləri vahid şəbəkədə birləşdirmək lazım idi. Bu işi görmək üçün ABŞ-ın ən yaxşı kompüter mütəxəssisləri bir araya gətirildi. Uzun illər davam edən gərgin əmək və çoxlu tədqiqatlardan sonra 29 oktyabr 1969-cu ildə Kaliforniya Universitetindəki laboratoriyaların birində alimlər iki kompüteri vahid sistemdə birləşdirə bildilər. Bu tarix internetin dünyada ilk dəfə meydana gəldiyi tarix hesab olunur. Artıq 1971-ci ildə 15 müxtəlif obyektlərdə olan kompüterləri vahid şəbəkədə birləşdirmək mümkün olmuşdu. Bu sistemin adı ilk illər ARPANET olmuşdu. 1972-ci ildə ARPANET vasitəsilə elektron məktub göndərilməsinə imkan verən program yaradıldı. İlk dəfə olaraq @ işarəsi elektron poçt ünvanlarında işlədilməyə başlandı və 1980-ci ildə bu işarə Beynalxalq standart kimi təsdiqləndi. 1973-1974-cü illərdə TCP/İP protokolu meydana çıxdı. TCP/İP protokolları ARPANET-in əsas qurucularından olan Robert Ken və Vindon Serf tərəfindən təklif olunub. TCP/İP protokolu 2 rabitə protokolundan ibarətdir. Transmission Control Protocol ötürməyə nəzarət protokolu – verilənlərin ötürülməsinə nəzarət edən protokol və İnternet Protocol yəni internet protokolu. 1980-ci ildə DNS yaradıldı. 1985-ci ildə ABŞ milli elm fonduna məxsus NSFNET – Milli elm fondu şəbəkəsi yaradıldı. Həmin ildə ilk dəfə olaraq 56 kb/saniyə sürətilə informasiya ötürülməsinin üsulu tapıldı. Növbəti ildə isə informasiya ötürülməsi üçün 1,5 Mb sürət əldə edildi. Lakin ilk illərdə bu sürəti qlobal olaraq hər yerdə deyil, yalnız laboratoriya daxilində tətbiq etmək olurdu.
Şəbəkə vasitəsilə kompüterlərdə olan çoxlu sayda sənədlərdən hamı eyni vaxtda istifadə edə bilməsi üçün 1989-1990-cı illərdə www sistemi yaradıldı. Tim Börner Li hiper mətnli sənədlər texnologiyasını yaratdı. Qeyd etmək yerinə düşər ki, Ser titulu qazanan Tim Börner 2004-cü ildə 15 il öncəki kəşfinə görə Beynalxalq Fond tərəfindən 1.000.000 avro məbləğində pul mükafatı qazanıb. İnternetin qloballaşması 1988-1989-cu illərə təsadüf edir. Bu illərdə Kanada, Fransa, Almaniya və 1992-ci ildə Böyük Britaniya və Latviya NSFNET vasitəsilə internetə qoşuldular. İnternet sözü isə ilk dəfə olaraq 1990-cı ildə istifadə olunmağa başlayıb. 1994-cü ildə ilk dəfə olaraq internetdən elektron kommersiya məqsədilə istifadəyə başlanılıb. Azərbaycanda isə internetdən ilk dəfə olaraq 1995-ci ildə istifadə olunmağa başlanılıb.
İstifadəsi
İnternet istifadəçilərin “məlumatın saxlanması, paylaşması və rahat əldə olunması” istəkləri nəticəsində yaranmış bir texnologiyadır. Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə əldə edə bilirlər. İnterneti bir məlumat dənizinə yaxud çox böyük kitabxanaya bənzədə bilərik.
İnternetin əsas xidmətləri Elektron poçt ( e-mail ), Telekonfranslar və nəhayət WWW – informasiya-sorğu verilənlər bazaları, hökümət sənədləri, kitabxana kataloqları və sair kimi çoxsaylı müxtəlif sənədlərdən ibarət olan hipermətn mühiti.
— İki və ya bir neçə kompyuter verilənlər mübadiləsi məqsədi ilə bir birinə qoşulduqda kompyuter şəbəkəsi yaranır.
— Bir təşkilatın kompyuterlərini birləşdirən şəbəkəyə Lokal şəbəkə və ya LAN (Local Area Network) deyilir.
— Lokal şəbəkələri və fərdi istifadəçiləri birləşdirən şəbəkə Qlobal şəbəkə və ya WAN (Wide Area Network) adlanır.
— Lokal şəbəkəni (LAN) qlobal şəbəkə (WAN) ilə birləşdirənkompyuter və bu kompyuterdəki proqram təminatı şlyuz (Gateway) adlanır.
Qlobal şəbəkələri birləşdirən daha yüksək səviyyəli şəbəkə də mövcuddur. Bu şəbəkə İnternet adlanır. İnternet bütün dünya üzrə müxtəlif kompyuterlər arasında ünsiyyət üçün imkan yaradan və informasiya mübadiləsini təmin edən şəbəkələr şəbəkəsidir.
Müxtəlif tipli, müxtəlif əməliyyat sistemli kompyuterlərin belə bir ünsiyəti nəticəsində ortaya üyğunluq problemi çıxır. Bu problemi aradan qaldırmaq məqsədi ilə informasiya mübadiləsinin təşkili üçün vahid qaydalar, yəni vahid standart (protokol) işlənmişdir. Bu protokol - TCP/IP (Transmission Control Protocol / Internet Protocol) – verilənlərin nəqlinə nəzarət/İnternet protokoludur.
İnternetə qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Ayrı-ayrı kompyuterlərin ayrılmış kanal vasitəsi ilə və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya Modem (modulyator- demodulyator) deyilir.
Sizin İnternetə qoşulmanızı, məktublarınızın göndərilməsini, alınmasını və qorunub saxlanmasını təmin edən təşkilat internet-provayder adlanır. İnternet-provayder İnternetlə bağlı başqa xidmətlər də göstərir. İnternetdə sizin kompyuterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin edilir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan ibarətdir, və çox zaman onluq şəkildə yazılır. Məsələn: 255.255.100.123 . Burada axırıncı (dördüncü) rəqəmlər qrupu şəbəkədə kompyuterin nömrəsini, üçüncü qrup isə şəbəkənin nömrəsini göstərir.
Rəqəmli nömrələri yadda saxlamaq çətin olduğundan domen adlarından istifadə olunur. Məsələn, www.webmasterik.com Burada www(world wide web) elm domen .az isə birinci səviyyəli domendir. İnternetdə altdomenlər (subdomain) də mövcuddur. Ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti (DNS – domain name service) tərəfindən yerinə yetirilir.
Göstərilən birinci səviyyəli, təşkilat domenləri mövcuddur:
.com – kommersiya ilə məşğul olan təşkilatlar
.edu - təhsillə məşğul olan təşkilatlar
.org - kommersiya ilə məşğul olmayan təşkilatlar
.gov – hökumət təşkilatları
.mil – Amerika Birləşmiş Ştatları -ın hərbi təşkilatları
.int – beynəlxalq təşkilatlar
.net – şəbəkə xidmətləri göstərən təşkilatlar
.com – kommersiya ilə məşğul olan təşkilatlar
.edu - təhsillə məşğul olan təşkilatlar
.org - kommersiya ilə məşğul olmayan təşkilatlar
.gov – hökumət təşkilatları
.mil – Amerika Birləşmiş Ştatları -ın hərbi təşkilatları
.int – beynəlxalq təşkilatlar
.net – şəbəkə xidmətləri göstərən təşkilatlar
Məsələn: www.webmasterik.com ; www.wikipedia.org. Birinci səviyyəli təşkilat domenlərindən başqa, kompüterin yerini müəyyənlaşdirən coğrafi domenlər də var.
Birinci səviyyəli coğrafi domenlərə nümunələr:
.az – Azərbaycan
.de – Almaniya
.az – Azərbaycan
.de – Almaniya
Məsələn: google.az; yandex.ru
İnternetdə Dil
İnformasiya resurslarına İnternetin istifadəçilərinin girişinin azadlığı dövlət sərhədləriylə və ya milli domenlərlə məhdudlaşdırılmır, amma dil sərhədləri mövcuddur. İngilis dili internetdə əsas üstünlüyə malik olan dildir. İkinci ən populyar dil çin dili, üçüncü isə ispan dilidir. Dil internetin dövlətlər, regionlar və birinci səviyyəli domenlərə görə bölünmə yanaşı tez-tez istifadə edilən bölünmə əlamətlərindən biridir.
İnformasiya nəqliyyatı
İnformasiyanın nəqli zamanı onun sürəti saniyədə bitlə və ya saniyədə impulsla (bod (boud)) ölçülür.
Hər ay İnternet kanalları ilə orta hesabla 30 Terabitdən artıq informasiya nəql edilir. Bu, hərəsi700 səhifədən ibarət olan 30 million kitaba bərabərdir. Brauzer və ya Veb səyyah – Sizin kompyuterdə işləyən və İnternet-səhifələrin axtarışına və baxılmasına imkan yaradan bir proqramdır. İnternetdən sizə və sizdən İnternetə informasiya göndərərkən, brauzer müştəri-server sxemindən istifadə edir. Bu sxemdə sizin kompyuter – müştəri kimi, uzaqda yerləşən kompyuter isə server kimi çıxış edir.
Siz istifadəçi olduğunuz halda kompyuterinizdəki müştəri proqramı (brauzer) server adlanan şəbəkə qovşağına qoşulur və ona informasiya almaq üçün sorğu göndərir. Serverdəki proqram, öz növbəsində, bu informasiyanı sizə göndərir və növbəti sorğunu gözləyir. Belə iş rejiminə On-line iş rejimi deyilir (On-line).
Çoxfunksiyalı bir proqram kimi brauzer avtonom rejimdə – İnternetə qoşulmadan – HTML- sənədlərə və GIF, JPG və ya JPEG formatlı şəkillərə baxmaq üçün istifadə olunur. Bu rejim Off-line iş rejimi adlanır.
Müxtəlif şirkətlər tərəfindən yaradılmış bir çox brauzerlər mövcuddur. Lakin bütün dünyada istifadəçilərin əksəriyyəti Microsoft şirkətinin Internet Explorer və yaxud Mozilla şirkətininFirefox proqramların seçir.
Ümumdünya Torunun (WWW) əsasını lazımi sənədlərin ünvanlarını göstərən əlaqələr sistemi təşkil edir. Əlaqənin yaradılması texnologiyalarından asılılığı aradan qaldırmaq məqsədilə WWW üçün xüsusi ünvan sistemi URL yaradılmışdır. URL( universal ünvangöstəricisi ) sənədin adı ilə birgə ona çatma protokolunu da göstərir.
İstinada, yəni URL-ünvana müraciət etdikdə, sorğunun yerinə yetirilməsi 4 mərhələyə bölünür:
Connection (Qoşulma)
Request (Sorğu)
Response (Cavab)
Close (Əlaqənin kəsilməsi)
Connection (Qoşulma)
Request (Sorğu)
Response (Cavab)
Close (Əlaqənin kəsilməsi)
Birinci mərhələdə Web-müştəri serverlə əlaqə yaradmağa çalışır. Qoşulduqdan sonra, müştəri verilmiş protokola əsasən serverə axtarılan obyekt barəsində sorğu göndərir. Server sorğuya cavab tapan kimi bu cavabı müştəriyə ötürür. Bundan sonra əlaqə kəsilir və brauzer alınmış sənədləri əks etdirir. Bu prosses HTTP-nin – hipermətnin köçürülməsi protokolunun əsasını təşkil edir.
Klaviaturada Enter düyməsini basın. Göstərilmiş ünvana əsasən Web-səhifə axtarılan zaman pəncərənin aşağısında yerləşən məlumat sətrində yüklənən səhifənin IP-ünvanı, sənədin adı və sair göstərilir. İstəsəniz, F11 düyməsini basmaqla səhifəni bütün ekran boyu aça bilərsiniz.
URL -ünvanlarala yanaşı əlaqə və ya hiperəlaqələrdən də istifadə olunur. Bu istinadlar adətən rəngli mətn, işarə, rəsm şəklində olur, çərçivəyə də alına bilər.
İstinaddan istifadə etmək üçün onun üzərində mausun düyməsini bir dəfə basmaq kifayətdir. Bu zaman istinadın işarə etdiyi Web-səhifənin axtarışı başlanır.
Web-səhifə demək olar ki bütün hallarda bir neçə əlaqəli HTML-sənəddən ibarət olur. Hiperəlaqələrlə və eləcədə vahid mövzu, müəllif və sairlə biri birinə bağlı olan bir qrup Web-səhifəyə Sayt (Site) deyilir.
0 Komment :
Yorum Gönder