Yazılar
Yuklənir...

İlk Vebsayt

Veb-sayt

Veb-sayt (ing. website, web – hörümçək toru, site — «yer») – HTTP/HTTPS protokolları vasitəsilə İnternetdə müraciət etmək mümkün olan, eyni mövzulu veb-səhifələrin yığımıdır. Veb-saytların ümumi yığımı Ümumdünya hörümçək torunu yaradır.

Veb-saytların səhifələri ümumi domen ünvan altında birləşmiş olurlar və eyni məntiqi struktura malikdirlər. Veb-sayt anlayışı hostinq, server, provayder, domen, şəbəkə və s. anlayışlarla sıx bağlıdır. İnternet texnologiyaları inkişaf etdikcə bir serverdə (kompüterdə) çoxlu sayda domen və veb-saytlar yerləşdirmək mümkündür.

Tarixi

Dünyada ilk veb-sayt 6 avqust 1991-ci ildə Tim Barners-Li (Tim Burners-Lee) tərəfindən yaradılmışdır. Həmin saytda o, World Wide Web (WWW) yeni texnologiyası haqqında ümumi anlayış verərək, URL ünvanlaşma sistemi və HTML dili haqqında danışır. Həmin saytda veb-serverlərin və veb brauzerlərin (veb səyyahların) qurulması və işi ilə bağlı da informasiyaverilirdi. Həmin sayt dünyada ilk İnternet-kataloqdur. Belə ki, Tim Barners-Li burada digər saytlara keçidlərin siyahısını da göstərdi.
Tim Barners-Li hesab edirdi ki, hipermətnlərdən istifadə etməklə şəbəkələrdə informasiya mübadiləsini çox sürətlə və effektiv aparmaq mümkündür. Bu ideyanı həyata keçirmək üçün o, hələ 1980-cı ildə Enquire proqram təminatını yaratdı. 1991-ci ildə CERN-də WWW standartı təsdiq olundu. Tim Barners-Li veb-texnologiyasının – HTTPURI/URL və HTML atası hesab edilir

Veb-saytın strukturu

İnternetdə olan, öz aralarında hiperistinadlarla birləşmiş, kiçik saytdan tutmuş böyük informasiya portalına qədər hər bir resurs bir neçə tematik rubrikaları təşkil edir. Bir qayda olaraq məzmunu qısa anonslarla verilmiş bütün bölmələrdəki saytların istinadları birinci, yəni başlanğıc səhifəyə gətirilir ki, bu səhifəyə index.htm (.html) adı verilir. Saytın bütün başlanğıc sənədlərinə belə adın verilməsi məsləhətdir. Çünki əks təqdirdə hər hansı bölmənin başlanğıc səhifəsinin adını göstərmədən URL ünvanına müraciət olunarsa brauzer səhifənin özünü yox, cari qovluqda saxlanılmış faylların siyahısını göstərəcək.
Sənədlərin uyğun bölmələrinə görə paylanmış tematik rubrikalar yığımı və bütün səhifənin resursları arasında əvvəlcədən layihələndirilmiş hiperəlaqələr saytın məntiqi strukturu adlanır. Fiziki struktur isə sayt nəşr olunmuş qovluğun alt direktoriyalarındakı fiziki faylların yerləşdirilməsi alqoritmi kimi başa düşülür.
Ola bilər ki, məntiqi və fiziki strukturlar üst-üstə düşməsin. Çünki sənədin fiziki strukturunda fayllar proqramistin işini asanlaşdırmaq məqsədi ilə müəyyən qaydada yerləşdirilə bilər.Faylların müəyyən qayda ilə yerləşdirilməsi sayta yeni materiallar əlavə edildikdən sonra qarışıqlıq yaranmasının qarşısını alır, belə ki, proyektin elementləri sayılan bütün qrafik təsvirləri «Image» adlanan xüsusi qovluqda yerləşdirmək lazımdır. Bu qovluq saytın əsas direktoriyasında yerləşir. Nəticədə təsvir yerləşdirilmiş HTML sənədlərini təzələdikdə şəkilləri yenidən səhifəyə yerləşdirmək lazım gəlmir. Digər tərəfdən həmin qrafik təsvirləri saytın digər səhifələrində də istifadə etmək olar. Veb-saytda yerləşən hiperistinadların düzgün işləməsi, sənədlərin düzgün açılması və hər şansı bir resursa müraciət edildikdə brauzerin səhf haqqında informasiya verməsinin qarşısını almaq üçün aşağıdakı qaydalara riayət edilməlidir.
Direktoriyanın adları, HTML sənədlərinin adları və genişlənmələri, qrafik faylların adları təyin olunmalıdır. Bu adlar latın əlifbasında və kiçik reqistrlərində yazılmalıdır. Bu adların uzunluqları 8 simvoldan çox olmamalıdır. HTML sənədlərində faylların adları məna kəsb etməlidirlər, yəni gələcəkdə faylın məzmunu yaddan çıxarsa, bu halda faylın adına baxmaqla onun hansı mövzuya aid olduğu təyin olunacaq.

Alqoritm

Veb-saytı işləyərkən aşağıdakı alqoritmlər ardıcıl olaraq yerinə yetirilməlidir:
  • Məqsədin qoyuluşu və əsas məsələlərin təyin edilməsi
  • Gələcək tematik bölmələrin siyahısının yaradılması
  • Resursların məntiqi və fiziki strukturlarının işlənməsi
  • Dizayn eskizinin, saytın komponovkasının, görünməz verstal cədvəlin hazırlanması
  • Mətn materiallarının hazırlanması
  • Qrafik materialların hazırlanması
  • Vektor şəkillərinin yayılmış (rastrovıy) formata eksport edilməsi, şəkillərin optimallaşdırılması
  • Web-səhifələrin şablonlarının hazırlanması
  • Web-səhifələrin maşın koduna çevrilməsi

Mənbə

  • Osman Gündüz, Qorxmaz Əfəndiyev, Nazim Rüstəmov, "kompüter - İnformasiya Texnologiyalarının Əsasları", Bakı, 2006

İnernet Terminleri Rusça-Azərbaycanca-Kırımca-Türkçe Kısa Sözlüğü

РусскийAzərbaycancaQırımtatarcaTürkçe
страницаSəhifəsaife (саифе)sayfa
ссылкаQoşulmabağlantı (багъланты)bağlantı
кнопкаDüymədögme (дёгме)düğme
нажать (на кнопку), щёлкнуть (мышкой)Sıxmaqbasmaq (басмакъ)tıklamak
сделать двойной щелчокCüt sıxmaqçift basmaq (чифт басмакъ)çift tıklamak
выделитьSeçməksaylamaq (сайламакъ)seçmek
информация, данныеMəlumatmalümat (малюмат)bilgiler, veri
база данныхMəlumat bazasımalümat bazası (малюмат базасы)veri tabanı
аккаунт, учётная записьHesabesap (эсап)hesap
создать аккаунтHesab yaratmaqesap açmaq (эсап ачмакъ)hesap açmak
пользовательistifadəçiqullanıcı (къулланыджы)kullanıcı
участник, членÜzvaza (аза)üye
входGirişkiriş (кириш)giriş
выходÇıxışçıqış (чыкъыш)çıkış
сеанс, сессия (работы с программой, сайтом)Seansoturım (отурым)oturum
войти в систему, залогинитьсяSistemə girişoturım açmaq (отурым ачмакъ)oturum açmak
выйти из системыSistemdən çıxışoturım qapatmaq (отурым къапатмакъ)oturum kapatmak
извещать, уведомлятьxəbərdarlıqhaberdar etmek (хабердар этмек)haberdar etmek
перейти (по ссылке) ???barmaq (бармакъ)gitmek
искатьaxtarmaqqıdırmaq (къыдырмакъ)aramak
отправить, послатьgöndərməkyollamaq, yibermek (ёлламакъ, йибермек)göndermek
отменаimtinalâğu (лягъу)iptal
отменитьimtina etməklâğu etmek (лягъу этмек)iptal etmek
вернуть назадgeri qaytarkeri ketirmek (кери кетирмек)geri getirmek
регистрацияqeydiyyatqayd (къайд)kayıt
регистрироватьсяqeydiyyatdan keçməkqayd olmaq (къайд олмакъ)kayıt olmak
зарегистрированныйqeydiyyatdan keçmişqaydlı (къайдлы)kayıtlı
корректный, допустимыйsəhihkeçerli (кечерли)geçerli
некорректный, недопустимыйqeyri-səhihkeçersiz (кечерсиз)geçersiz
настройкиtənzimləməayarlar (аярлар)ayarlar
настраиватьtənzimləməkayarlamaq (аярламакъ)ayarlamak
проверятьyoxlamaqteşkermek (тешкермек)kontrol etmek
размерölçübüyüklik (буюклик)boyut
безопасностьtəhlükəsizliktelükesizlik (телюкесизлик)güvenlik
файлfaylfayl (файл)dosya
расширениеuzantıuzantı (узанты)uzantı
типnövçeşit, tür (чешит, тюр)çeşit, tür
календарьtəqvimtaqvim (такъвим)takvim
датаtarixtarih (тарих)tarih
общийümümiumumiy (умумий)genel
утверждение, одобрениеtəstiqtasdıq (тасдыкъ)onay
утвердить, одобритьtəstiq etməktasdıqlamaq (тасдыкъламакъ)onaylamak
восстановитьbərpa etməkyañıdan tiklemek, ğayrıdan tiklemek, yañıdan yaratmaq (янъыдан тиклемек, гъайрыдан тиклемек, янъыдын яратмакъ)yeniden yaratmak
сбросить, обнулить, вернуть в начальное состояниеsıfırlamaq, başlanğıc vəziyyətə qaytarmaqsıfırlamaq (сыфырламакъ)sıfırlamak
обновитьyeniləməkyañartmaq (янъартмакъ)yenilmek
успешныйmüvəffəqiyyətlimuvafaqiyetli (мувафакъиетли)başarılı
успешноmüvəffəqiyyətləmuvafaqiyetnen (мувафакъиетнен)başarıyla
предупреждениеxəbərdarlıqtenbi (тенби)uyarı
задействовать, включитьtətbiq etməkişletmek (ишлетмек)uygulamak
указать, ввестиdaxil etmək, göstərməkbelgilemek (бельгилемек)belirtmek
удалить, убратьsilməkyoq etmek (ёкъ этмек)silmek
доступgirişirişim (иришим)erişim
право (доступа и т.д.)yetki, izinyetki, izin (етки, изин)yetki, izin
статус, состояниеstatus, vəziyyətal, status (ал, статус)hal, durum
инструментalətalet (алет)araç
вкладtöhfəisse (иссе)katkı
пространство имён (в вики)adlar fəzasıisim fezası (исим фезасы)alan adı (vikide)
полеsahəsatır, pencere (сатыр, пенджере)alan
частые вопросы (ЧаВо)tez-tez verilən suallarsıq berilgen sualler (SBS) (сыкъ берильген суаллер (СБС))sık sorulan sorular (SSS)
загрузитьyükləməkyüklemek (юклемек)yüklemek
добавить, присоединить, приаттачитьəlavə etmək, qoşmaqeklemek (эклемек)eklemek
аттачментqoşma, əlavəeklenme (экленме)eklenti
отметить, пометитьqeyd etmək, içarələməkişaretlemek (ишаретлемек)belirtmek
знак, отметкаişarəişaret (ишарет)simge
символ (буква, цифра, знак)simvolsimvol (символ)karakter
заполнятьdoldurmaqtoldurmaq (толдурмакъ)doldurmak
совпадатьüst-üstə düşməkeşleşmek (эшлешмек)eşleşmek
совпадение, зацепка (при поиске)üst-üstə düşməilişki (илишки)ilişki
приоритет, весprioritetç çəkiağırlıq (агъырлыкъ)ağırlık
ящик (для писем)qutuqutu (къуту)kutu
папкаqovluqcüzdan (джузьдан)klasör
дополнительныйəlavəilâve (иляве)ek, ilave
изображениеşəkil, təsvirresim, suret (ресим, сурет)resim
разрешение (графич. файла)görüntülükçezinirlik (чезинирлик)çözünürlük
статьяməqaləmaqale (макъале)madde
сообщениеbeyanatbeyanat (беянат)mesaj
темаmövzumevzu (мевзу)konu
заголовокbaşlıqserleva (серлева)başlık
авторmüəllifmüellif (муэллиф)yazar
текстmətnmetin (метин)metin
правилоqaydaqaide (къаиде)kaide
содержаниеməzmun, mündəricatmünderice (мундеридже)içerik
правка, изменение, редактированиеdüzəliş, dəyişiklikdeñişiklik (денъишиклик)değişiklik
изменять, редактироватьdəyişmək, pedaktə etməkdeñiştirmek (денъиштирмек)değiştirmek
обсуждениеmüzakirəmuzakere (музакере)tartışma
предложениеtəklifteklif (теклиф)teklif
личныйşəxsişahsiy (шахсий)kişisel, şahsi, özel
цитатаsitatalınma (алынма)alıntı
разделbölməbölüm (болюм)bölüm
подразделalt bölməalt bölüm (алт болюм)altbölüm
списокsiyahıcedvel (джедвель)liste
таблицаcedvelcedvel (джедвель)tablo
предпросмотрög baquvög baquv (ог бакъув)önizleme
распечататьbastırmaq bastırmaq (бастырмакъ)bastırmak
комментарийtefsirtefsir (тефсир)yorum
пояснениеizaatizaat (изаат)açıklama
описаниеtarif, tasvirtarif, tasvir (тариф, тасвир)tarif, tasvir
голос (при голосовании)reyrey (рей)oy
голосоватьrey bermekrey bermek (рей бермек)oylamak
итог, результатneticenetice (нетидже)sonuç
жирный (шрифт)qalın (yazı)qalın (yazı) (къалын (язы))kalın (yazı)
подписьimzaimza (имза)imza
Share on Google Plus

Adminlə əlaqə : GM_MONSTER

    Blogger Comment
    Facebook Comment

0 Komment :

Yorum Gönder