Yazılar
Yuklənir...

Fleşka seçimində buraxdığımız səhvlər

Bu gün, demək olar ki, əksəriyyətimiz fleş-kartdan istifadə edir. Amma fleşka ilə işləyərkən xoşagəlməz hallar da olur, belə ki, o, qırılır, yararsız hala düşür, itir və ya tez-tez donduğu üçün onu istifadə edə bilmirik. Bəs bunların qarşısını almaq üçün nə etmək olar?


Proqramçı Denis Abışovun sözlərinə görə, satışda fleşkaların müxtəlif növləri var. Bunların ən geniş yayılmış növləri isə USB 2.0-dır. "Satışa yeni gələnlər isə USB 3.0-dır. USB 1.0 fleşkaları isə cəsarətlə keçmiş mərhələ adlandırmaq olar. Lakin bəzi mağazalarda bu gün də həmin fleşkalardan satırlar. Bu fleşkaların yaddaşı azdır və onlar çox asta yazır. Yaddaşına görə ən geniş yayılmış fleşkalar 4-16 Gb olanlardır".

Müsahibimiz bildirir ki, fleşka almazdan əvvəl onu nə üçün istifadə edəcəyinizi, hansı tip faylları yazacağınızı müəyyən edin: "Əgər siz oyun, film, klip və ya musiqi yazmaq istəyirsizsə, 4 Gb-lıq fleşkanın yaddaşı çatmaya bilər. Belə fleşkaların yazma sürəti də azdır. Ona görə film, oyun, klip, video onlara yazmaq çətindir. 4 Gb fleşkaları istifadə etmək vaxt itkisinə və narahatlığa səbəb olacaq. Yaxşı olar ki, bu məqsədlə fleşka istifadə etmək istəyənlər 16 və ya 32 Qb-lı fleşkalardan istifadə edə bilərlər. Yaddaş tutumu çox olan fleşkalar tələbələr üçün də əlverişlidir. Belə fleşkalarda fənlər üzrə şəxsi elektron kitabxanalar yaratmaq olar".

Fleşka seçərkən sürəti də önəmlidir. USB-2.0 fleşkaların ən yüksək sürəti saniyədə 480 meqabaytdır. Bəzi USB 2.0 fleşkalarına yüksək sürət əldə etmək üçün xüsusi qurğu birləşdirilir. Bu zaman fleşkanın sürəti saniyədə 3 qiqabitə qədər çatır.

USB 3 qurğular arasında verilənlərin daha sürətlə ötürülməsi üçün işlənib hazırlanmışdır. Bu növ fleşkaları almaq daha məsləhətlidir. Belə fleşkalarda verilənlərin ötürülmə sürəti saniyədə 4,8 qiqabitdir (ən yüksək sürəti).

USB 1.0 fleşkalarının sürəti isə saniyədə 12 meqabitdir. Bu isə indiki zamanda çox astadır.

Yaddaşı 64 qiqabaytdan çox olan fleşkalar nadir hallarda lazım olur. Bu gün hətta 1 terabaytdan çox yaddaşı olan fleşkalar da var. Belə fleşkaları əsasən proqramçılar istifadə edir. Yaddaş tutumu çox olan fleşkalara kompüterin bütün fayllarını yazmaq, ağır proqramları yükləmək olar.

Verilənlərin ötürülmə sürəti tez olan fleşkalar filmləri izləmək üçün çox rahatdır. Əgər verilənlərin ötürülmə surəti yavaşdırsa, fleşkanı qoşub filmə baxmaq olmur. Film yarıda donur, bir müddət gözləmək lazım olur. Sürət fleşkadan tutumu çox olan verilənləri kompüterə yazanda da vacib olur.

Elə fleşkalar var ki, barmaq izini oxuya bilir. Bu, fleşkalarda yenilikdir və informasiyanın təhlükəsizliyi üçün nəzərdə tutulub. İş prinsipi isə belədir: fleşkanı ilk dəfə istifadə etdikdə qurğu barmaq izinizi yadda saxlayır. Növbəti dəfə fleşkadan istifadə zamanı barmağınızı fleşkada göstərilən hissəyə toxundurmalısız.

Elə fleşkalar var ki, onlar parol vasitəsilə qorunur. Fleşkaların bəzi modellərində bütün fleşkaya deyil, müəyyən fayllara parol qoyulur ki, bu da çox rahatdır.

Xüsusi, hansısa bir ixtisas üçün nəzərdə tutulan flaşkalar da var. Onlar kodlaşma sistemi və verilənlərin təhlükəsizliyinə görə fərqlənir.

Adi fleşkalar isə adətən gözəl və maraqlı dizaynla hazırlanır. Adətən fleşkanın üstü müxtəlif rəngli, çalarlı, şəkilli, qaşlı, zərli, bəzəkli olur. Qızılı örtüklü, qızıl suyuna salınan fleşkalar da nadir olsa da satılır.

Qolbaq, əl saatı, qələm, kiçik maşın, təyyarə, saç sancağı, alışqan və s. formada olan fleşkalar əsasən hədiyyə kimi nəzərdə tutulur. Məzəli fleşkalar da var. Misal üçün, bank kredit kartı formasında olan fleşka.

Proqramçıya görə, fleşka alarkən fikir vermək lazımdır ki, üzərində yanıb-sönən, informasiyanın yazılmasını, ümumiyyətlə, işləyib-işləmədiyini bildirən işıqlı göstərici olsun. Belə fleşkalarda işıqlı göstəricidə əməliyyatların sayı da göstərilir. 10 mindən 100 minə qədər əməliyyatın aparıldığını göstərən fleşkalar var. Əgər fleşkanı gün ərzində tez-tez istifadə edirsizsə, daha çox əməliyyatın yazıldığını göstərə bilən fleşka alın.

Onun sözlərinə görə, fleşkanın möhkəmliyi də vacibdir. Nazik, şəffaf və şüşə özülü olan fleşka almayın. Belə fleşkalar gözəl görünsə də tez qırılır. Fleşka alarkən fikir verin ki, fleşkanın qapağı kip 
Share on Google Plus

Adminlə əlaqə : GM_MONSTER

    Blogger Comment
    Facebook Comment

0 Komment :

Yorum Gönder