ICTnews-a istinadən bildirir ki, sentyabrın 30-da başa çatmış hesabat dövründə Microsoft tam şəkildə Nokia-nın biznesini öz strukturuna birləşdirib. Bununla yanaşı, son bir ildə şirkətin Azure proqram təminatının satış həcmləri iki dəfə artıb.
Microsoft-un iyun-sentyabr ayları ərzində gəliri gözlənilən 22 milyarda qarşı 25% artaraq 23,2 milyard dollara çatıb.Ekspertlərin rəyinə əsasən, yaxın iki rüb ərzində Microsoft-un bulud biznesi daha da genişlənəcək.
Microsoft hesabatının daha bir maraqlı tendensiyası Surface planşetləri ilə bağlı olub. Onların satışından əldə edilən gəlirlərin həcmi 908 milyon dollar təşkil edib.
Rüblük hesabat nəşr edildikdən sonra Microsoft səhmlərinin qiyməti 4,6% artaraq 45,02 dollar təşkil edib. Məlumat üçün bildirək ki, son bir ildə isə şirkətin səhmlərinin qiyməti ümumilikdə 20% artıb.
Microsoft-un hesabat dövründə xalis gəlir həcmi 4,54 milyard dollar və ya hər bir səhmə görə 54 sent təşkil edib.
Şirkətin icraçı direktoru Satya Nadellanın sözlərinə görə, Nokia-nı 5,44 milyard avroya satın aldıqdan sonra aktiv olaraq xərcləri azaldıblar.
Şirkətin istehsal etdiyi smartfonların satış həcmləri isə 2,1 milyard dollara qarşı 2,61 milyard dollar təşkil edib.
0 Komment :
Yorum Gönder